Haqqımızda

Hekayəmiz də elə yolda başlamışdı

Uzun bir səfərə çıxmalı idik. Lakin nə boş avtobus var idi, nə də uyğun qiymətə taksi. Yolda avtostop çəkməyə başladıq. Sonunda bir Yoldostu bizi avtomobilinə dəvət etdi. Birlikdə getdiyimiz yolda dostlaşdıq və səmimi ortam yarandı. Nə qədər israr etsək də bizdən pul almadı amma yanacaq pulunu ödəməyimizə razılaşdıq. Bu hadisə bizə maraqlı ideya verdi. Düşündük ki, gün ərzində yüzlərlə insan öz avtomobilində A nöqtəsindən B nöqtəsinə tək gedir. Niyə gedəcəyimiz yolu bölüşərək daha maraqlı etməyək? Nəticədə bu sual bizi Yoldostu kimi dəyərləri birləşdirən bir mobil tətbiqin yaradılmasına gətirib çıxartdı. Bu gün yüzlərlə insan Yoldostu mobil tətbiqi ilə vaxtına və yol xərclərinə qənaət edərək səyahət edir və maraqlı tanışlıqların əsasını qoyur. 

“Yollarda nə qədər çox dostumuz olsa, getdiyimiz yollar daha etibarlı, mehriban və maraqlı bitər.”

0 K+
İstifadəçi Sayı
0 K+
Yükləmə Sayı
0 K+
Səfər Sayı
0 K+
Elan Sayı

Məqsədimiz


Dəyərlərimiz


Hekayələr

Rayon yolundan biznes ortaqlığına

Deməli günlərin bir günü təcili olaraq rayona getməli idim. Avtovağzala gedib, oradan avtobusa minmək əlavə vaxtımı alacaqdı deyə Yoldostu tətbiqini yüklədim. Məlumatları qeyd etdiyim andan cəmi 1 dəqiqə içində həmən yolu gedən bir nəfər təklifimi qəbul etdi. Tam vaxtında görüşdük və yola düşdük. Düzü bu xidmətdən ilk dəfə idi istifadə edirdim və normal olaraq tərəddüdlərim var idi. Ancaq sürücü ilə elə səmimi ortam yaratdıq ki, bir-birimiz ilə iş dünyasından danışdıq. Axırda məlum oldu ki, ikimizdə eyni sektorda sahibkarıq. Dostcasına başlayan və davam edən söhbətimiz, ortaq biznes ideyasına qədər gəldi çıxdı. 200-300 km-lik yolu necə qət etdik heç özümüzdə bilmədik. Yoldostu sağolsun. 

 

Köhnə dostlar yeni tətbiqdə

Hekayələri gördüm dedim mən də Yoldostu hekayəmi sizinlə paylaşım. Pandemiyanın tüğyan vaxtıdı. Mən də işdən hər zaman gec çıxıram. Bir gün elə gətirdi ki, iş növbəm 6-cı günə düşdü. Avtobus yox, bir şey yox. Yoldostundan 1-2 dəfə rayonlara getmək üçün istifadə etmişdim, amma şəhər içində yoxlamamışdım. Bir nəfər tapdım eyni yolu gedirdi. Yol üstü mindim maşınına. Biraz söhbətləşdikdən sonra bir-birimizi tanıdıq. O da necə oldu. Yaşadığmız yer, tanıdığımız insanlar və uşaqlıq xatirələrindən danışdıqdan sonra aydın oldu ki, biz bir-birimizi tanıyırıq. Bu kim olsa yaxşıdır? Uşaqlıq dostum, Fərid. Bir məhlədə qalırdıq sonra köçdülər və 25 ildən sonra yenidən görüşdük. İndi tez-tez görüşüb, işlərimizlə bağlı söhbətlər edirik. Görəsən Yoldostu olmasaydı, köhnə dostlar bir-birini tapardımı? 🙂 

 

Sıfırdan mütəxəssisliyə

Mən özüm Yoldostu tətbiqindən sürücü kimi aktiv istifadə edirəm. Yol üstü maşın boşdursa, müştəri götürürəm bu tətbiqdən. Günlərin bir günü işdən çıxıb evə gedirəm. Gördüm müştəri istəkləri arasında yolumun üstündə olan biri var. Elə yol üstü müştərini götürdüm. Yol üstü maraqlı söhbətlər etdik. Deməli, adı Toğrul olan bu gənc iş həyatına yeni-yeni başlayırdı və mağazada kassir idi. Uzun söhbətdən sonra aydın oldu ki, Toğrulun ingiliscəsi yüksək səviyyədədir. Eləmədim tənbəllik Toğrula elə ordaca iş təklifi etdim. Şirkətimin bütün xarici əlaqələrinin qurulmasını və davam etdirilməsini Toğrula tapşırdım. Təbii ki, əvvəlcə işi öyrətdik və yavaş-yavaş işləməyə başladı. Və günü-gündən də professionallaşır. Deməyim odur ki, bu tətbiq insanlara nəinki dost tapır, hətta həyat yollarını da dəyişdirə bilir. Mən Toğrulu həmən gün yol üstü getdiyi yerə aparmasaydım, indi bəlkə də başqa bir yerdə indiki işindən uzaq bir işlə məşğul idi. Belə bir işçini mənə qazandıran Yoldostu oldu.

 

Yol bitər, dostluq bitməz

Yoldostundan aktiv istifadə edən biri kimi dedim mən də öz fikilərimi bölüşüm. Tətbiqdən istifadə etmədən öncə getdiyim yollar mənim üçün cəhənnəmə çevrilmişdi. Hövsanda yaşadığıma görə hər gün şəhərə işə gedib gəlirəm. Nə az nə çox ümumilikdə 60 kilometr hətta onda da artıq gün ərzində yol gedirəm. Bir gün işdə hamı Yoldostu tətbiqindən danışırdı. Tətbiqin işləmə prinsipi mənə sanki gəl-gəl deyirdi. Tətbiqi yükəyib, istifadə etdiyim andan etibarən yollar bitməsin deyirəm. Yol üstü götürdüyüm insanlarla dostlaşırıq və yeni insanlar tanıyıram. İstər-istəməz “networking”-im artır. Yoldostu vasitəsilə ətrafında nə qədər dəyərli insanların olduğunu anlayırsan. Hə, təzə-təzə istifadə edəndə bir balaca etibar etmirdim tətbiqə. Ancaq sistematik olaraq elə qurulub ki, app-i telefona endirdiyiniz an etibar avtomatik yüklənir. Ümumilikdə, yollarda neçə dostlar qazandım, neçə insan tanıdım. Qısacası, kilometrlərcə qət etdiyim yollardan artıq şikayətim yoxdur 🙂